Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əsrimizin dahisi Heydər Əliyev

07.12.2018

Azərbaycan tarixində ümummilli lider,ulu öndər Heydər Əliyev xalqa,vətənə xidmətləri , böyük əməlləri ilə millətin ehtiramını qazandı, əbədiyaşarlılıq rəmzinə çevrildi.Heydər Əliyev daim vətən,xalq naminə yorulmadan əzm və fədakarlıqlar göstərərək əməli ilə tariximizə qızıl səhifələr yazdı.1993-cü ildə Azərbaycan xalqı “olum ya ölüm”dileması qarşısında bir millət kimi böyük təhlükələrlə üzləşəndə,tarixdən silinəcək dərəcədə soyqırım və talanlara məruz qalanda Heydər Əliyev anında xalqın köməyinə yetdi.Xalqımızın böyük təkidli tələbi ilə Azərbaycana rəhbərlik üçün real bir şəxsiyyət oldu.Heydər Əliyev Azərbaycanı yenidən qurdu,hərtərəfli şəkildə inkişaf edən demokratik dövlətin əsasını qoydu.Mədəniyyət, incəsənət ,səhiyyə,ordu quruculuğu, təhsil və s. bu kimi sahələrə xüsusu diqqət ayırdı,böyük inkişafi addımların başlanğıcını qoydu.Vətənimiz Azərbaycanı,xalqımızı məhv olmaq təhlükəsindən azad etdi. Respublikamızda hər il 12 dekabr tarixi ulu öndər Heydər Əliyevin anım günü təntənəli şəkildə qeyd olunmaqdadır.Bununla əlaqədar olaraq İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin Kollektivi Heydər Əliyev Mərkəzində birgə geniş tədbir həyata keçirmişdir . İlk olaraq ulu öndərin büstü önündə ruhu bir dəqiqəlik sükutla yad edilmiş,ekspozisiyaya ekskursiya təşkil edilmiş, ” Heydər Əliyev –Əsrimizin dahisi “mövzusunda mühazirələr söylənilmişdi