Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 – dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

06.12.2018

Qəbələ rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu zalında 1 saylı şəhər kitabxanası ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa təşkil olundu.

Tədbirdə mərkəzi kitabxananın işçi kollektivi, 1 saylı şəhər kitabxanasının işçiləri və məktəblilər iştirak edirdilər.

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə təşkil olunan dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin həyat yolu və siyasi baxışı haqqında geniş məruzələr oxundu.

Qeyd edildi ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Məktəblilər hazırladıqları şeirləri səsləndirdilər.

Qəbələ rayon Mərkəzi Kitabxanasının foyesində Ümummilli Lider Heydər Ə liyevin anım günü münasibətiylə daimi sərgi təşkil olunmuşdur.