Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndərin Xatirə Masası .

12.12.2018

Qəbələ rayon Çuxur Qəbələ F20 kənd kitabxanası tərəfindən oxucular kollektivi ilə birgə Ulu Öndərin xatirə səhifələrini böyük ehtiramla yad edilmişdirlər. Tədbiri giriş sözü ilə açan knəd kitabxanasının müdürü Kərimova Mələk xanım qeyd etmişdir ki, bu günlərdə xalqımız böyük azərbaycanlı dahi, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirir, bu böyük şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edilir.İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq.Sonra kitabxana işçilərindən Zülfüqarova Sevinc xanım Ulu öndərin dəyərli,qiymətli fikirlərini xatrladaraq qeyd etmişdir: "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram", "Mən fəxr edirəm ki,mən Azərbaycanlıyam" - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tədrəfindən uğurla davam etdirirlir və əminəm ki, Azərbaycan xalqı hər zaman Möhtərəm Prezidentimiz İlham Əliyevə dayaq olaraq Heydər Əliyev tərəfindən qoyulan dayanıql,uğurla davam etdirilən siyasəti layiqincə davam etdirəcəyik.Tədbirin sonunda “Ulu Öndərin-Xatirə Masası” adlı sərgini iştirakçılar tərəfindən izlənildi və fidan balalar Ulu Öndərə həsr edilmiş şerləri iştirakçılara təqdim etdilər.