12.12.2018
İsmayıllı MKS -nin Cülyan kənd kitabxana filialında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq "Həyatının hər günü tarix yazan Ulu öndər" adlı tədbir və sərgi keçirdi. Tədbirdə iştirak edən fəal oxucularla birlikdə Heydər Əlirza oğlu Əliyevin şanlı həyat yoluna nəzər salındı. Kitabxananın müdiri L. Məmmədova öz çıxışında Ulu öndərin çox gərgin iş şəraitinə baxmayaraq Azərbaycan mədəniyət və incəsənətinə hər zaman diqqət yetirməsini, dahi şairimiz Hüseyn Cavidin nəşinin Azərbaycana gətirməsi, şair və yazıçılarımıza diqqət və qayğısı, yaradıcılıqları ilə maraqlanaraq onlara fəxri adların verilməsi və səmimi söhbətlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonda Heydər Əliyevin həyat yolundan bəhs edən kitab sərgisinə baxış keçirildi.