12.12.2018
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Ağsu rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam edir.
Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.Sonra tədbir iştirakçılarına Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyəti, keçdiyi ömür yolu haqqında mərkəzin əməkdaşlarıtərəfindənətraflı məlumatlar verildi, filmlər nümayiş olundu. Sonda isə məktəb şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şerlər və kompozisiyalar səsləndirildi.