Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yanar ürək ,iti qələm...İsa Muğanna 90.

29.11.2018

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində xalq yazıçısı,əməkdar incəsənət xadimi,ssenarist ,kinoredaktor, Nəsimi mükafatının ilk laureatı İsa Muğannanın 90 illik yubileyi ilə əlaqədar olaraq dəyirmi masa təşkil edilmişdir.Hamımızın sevə sevə baxdığı “Nəsimi”,”Ulduzlar sönmür”,”Tütək səsi” və s. kimi filmlərin ssenaristi olan İsa Muğanna Azərbaycan incəsənəti,mədəniyyəti,ədəbiyyatı tarixində özünəməxsusluğu ilə böyük izlər qoydu.Həyatı,insanların taleyini ümumiyyətlə var olan bu bütün kainatı öz qələmi ilə canlandıran İsa Muğanna yaradıcılığı hər zaman aktuallığı,oxunaqlığı ilə diqqət mərkəzində olmuşdur.İlk olaraq muzeyin əməkdaşı Xalidli Mədinə İsa Muğannanın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.Daha sonra muzeyin fondunda mühafizə olunan ədibin əsərlərindən bədii mütaliələr təşkil olundu