28.11.2018
Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə 28 noyabr 2018-ci il tarixində Şamaxı şəhər 2 saylı tam orta məktəbdə “Nağıllar aləminə səyahət ” mövzusunda kitablardan ibarət səyyar xidmət təşkil olundu. Səyyar kitabxana xidmətinin təşkilində əsas məqsəd kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir Tarixə, milli-mənəvi dəyərlərimizə, xalq ədəbiyyatımıza dair sərgilənən kitablar məktəblilərin diqqətini cəlb etdi. Tədbirin nəticəsi olaraq bir qrup məktəbli kitabxanaya üzv yazıldı.