Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hər kəsi fəaliyyətimizlə tanış edək və ən yaxşını seçək

21.11.2018

Ağsu rayon Heydər Əliyev Mərkəzi Ağsu Bilik Evi ilə birgə “Hər kəsi fəaliyyətimizlə tanış edək və ən yaxşını seçək” devizi altında tədbirlərin keçirilməsinə start verildi. İlk tədbir Ağsu rayon Muradlı kənd tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə həyata keçirildi. Dövlət himninin səslənməsindən sonra tədbiri giriş sözü ilə Ağsu Heydər Əliyev Mərkəzinin və Ağsu Bilik Evinin direktoru Reyhanə Tacızadə və Muradlı kənd tam orta məktəbinin direktoru Aqil Həsənov açdı. Vurğulandı ki, bu formatda tədbirlər tədris ilinin sonuna qədər rayonun bütün nümunəvi məktəblərində həyata keçiriləcək. Tədbirdə Mərkəzin əməkdaşları Ləman Abasova və İlahə Usubəliyeva tərəfindən Mərkəzin fəaliyyətini əks etdirən video- slayd nümayiş olundu. Sonra Ağsu Bilik Evinin könüllüsü Aytac Əlvanlı və Zarina Omarova məktəbin şagirdləri arasında 11 fənn üzrə intellektual yarışma keçirdi. Daha sonra Ağsu Heydər Əliyev Mərkəzinin və Bilik Evinin könüllüsü rəssam Nailə Əliyeva uşaqların əl və üzlərində vətənpərvərlik və digər mövzularda rəsmlər çəkdi. Məktəb şagirdləri vətənpərvər, xalq və digər mahnılar ifa etdilər. İntellektual viktronada fəal iştiraklarına görə Mərkəzin və Bilik Evinin adından 10 şagirdə tərifnamə təqdim olundu. Tədbirin sonunda xatirə şəkli çəkildi.