18.11.2018
Heydər Əliyev parkında bir canlanma var idi. Ağsu rayonunun yuxarı sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” kompaniyası çərçivəsində şimal bölgəsinə yolasalma mərasimi münasibətilə Ağsu rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin ifa etdiyi mahnılar və rəqslər payızın rəngarəng təbiəti ilə bir ahəng yaratmışdı. Bir saata yaxın davam edən tədbir ekskursiyaya gedən məktəblilərin kollektiv rəqsi ilə tamamlandı. Beləcə gənclər yüksək əhval-ruhiyyə ilə yola düşdülər