Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli azadlıq hərəkatımızın zirvəsi-17 Noyabr.

17.11.2018

Ağsu rayon Mərkəzi kitabxanasında Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə çıxış edən rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov bildirdi ki, Azərbaycanın müstəqilli-

yinə doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanır.

1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasə-

tinə etiraz etdi və ən yeni tariximizdə "Meydan hərəkatı" adlanan prosesin əsas qoyuldu.Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 17 günlük "Meydan hərəkatı" Azərbaycanın müstəqilliyinin bərpa-

sında mühüm mərhələ kimi tarixə həkk olundu. Az sonra tarix öz sözünü dedi.Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.Hər bir azərbaycanlı kimi biz də bu bayramı qürur hissi ilə qeyd edirik.