17.11.2018
17 Noyabr günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Elə bu gün 1988-ci ildən başlayaraq əbədi ölməzliyin,şərəfli azadlıq yollarının müstəqillik qığılcımlarının nə olduğunu,vətən sevgisinin tüğyan elədiyini xalqımız əyani şəkildə gördu,haqq səslərini dünyaya bəyan etdilər.Müstəqillik uğrunda ,vətən yolunda mübarizələr apararaq azadlıq yollarının başlanğıcına ilk addımlarını ataraq bu günümüzə yeni bir tarix yazdılar: 17 Noyabr .
17 Noyabr əlamətdar tarixi günü Azərbaycanda böyük bayram təntənəsi ilə qeyd olunur.Bununla əlaqədar olaraq İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyinin kollektivi Heydər Əliyev Mərkəzində geniş şəkildə tədbir həyata keçirdi.İlk olaraq ümummilli lider Heydər Əliyevin büstü önündə bir dəqiqəlik sükutla ruhu yad edildi. Daha sonra isə ekspozisiyada həmin tarixi illərə bir daha nəzər salındı.