08.11.2018
İsmayıllı rayon MKS-nin Ağbulaq kənd kitabxanası,klub və Ağbulaq tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Bir kərə yüksələn bayraq bir daha enməz" başlığı altında tədbir keçirildi. Tədbirdə məktəblilərin çıxışı xüsusi maraqla qarşılanıb.Bayraq haqqında şeirlər,mahnılar səsləndirildikdən sonra Azərbaycan və Türkiyə bayraqları qaldırılıb.