Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Konstitusiya dövlətin təməlidir.

12.11.2018

Ismayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində 12 Noyabr Konstitusiya günü ilə əlaqədar olaraq Asan Xidmət Könüllüləri ilə birlikdə geniş tədbir həyata keçirilmişdir.İlk olaraq tədbir iştirakçılarına Konstitusiya gününün tarixi haqqında geniş məlumat verilmişdir. 1995-ci ilin mühüm ,həlledici ,mütərəqqi sənədinin Konstitusiya aktının qəbul olunması dövlətin,dövlətçiliyin möhkəm və sarsılmaz olduğunu bir daha rəsmi şəkildə göstərdi. Asan Xidmət Könüllüləri də bu əlamətdar günlə bağlı muzeydə həyata keçirilmiş tədbirin onların iş təçrübəsində böyük plan və layihələrin daha geniş ,əhatəli şəkildə qeyd olunmasına zəmin yaratdığını söylədilər.