Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

12.11.2018

İsmayıllı MKS-nin Uşaq şöbəsi,oxucuları kitabxanalara cəlb etmək məqsədilə növbəti tədbirini dünya ədəbiyyatı incilərini bizə bəxş edən yazıçıların əsərlərinə həsr etdi. Bu gün kitabxananın qonaqları İsmayıllı rayonunda fəaliyyət göstərən bir neçə məktəbin şagirdləri oldu. Yeniyetmə və gənclərimizin pis vərdişlərdən uzaq olmalarında böyük rol oynayan kitabxana əməkdaşları müxtəlif yaşlı oxucuları fondda olan xarici ədəbiyyatla tanış etdilər. Dünya ədəbiyyatı incilərindən sayılan İspan yazıçısı Miqel de Servantesin, Alman şairi Hayrix Haynenin, İngilis yazıçısı Conatan Sfiftin və digərlərinin əsərləri balacalarla müzakirə olundu.