Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Könüllərə nur saçan sənətkar.

07.11.2018

Ağsu rayon Uşaq Musiqi Məktəbinin konsert zalında görkəmli bəstəkar, Azərbayxan Respublikasının Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş “Könüllərə nur saçan sənətkar” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə bəstəkarın həyat və yara- dıcılığından bəhs edən video-çarx nümayiş olunmuşdur. Məktəbin şagird- ləri konsertmeystrlərin müşayiəti ilə Tofiq Quliyevin bir-birindən möhtəşəm əsərlərini səsləndirmişlər. Sonda məktəbin direktoru Yaqub Səfərov çıxış edərək, müəllim kollektivinə və şagirdlərə bu unudulmaz günün təşkilində göstərdiyi fəallıqlarına görə öz minnətdarlığını bildirmişdir