08.11.2018
Ismayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” adlı dəyirmi masa , Uşaq şöbəsinin və Şamaxı rayon 1 saylı Uşaq bağçası və körpələr evinin birgə təşkilatçılığı ilə “Azərbaycan bayrağı - fəxrimiz, qürurumuz” adlı bayram tədbiri keçirildi.
Kitabxananın şöbə və filiallarında “9 Noyabr – Dövlət Bayrağı Günüdür” başlıqlı kitab sərgiləri təşkil olunmuşdur.