07.11.2018
Ağsu Heydər Əliyev Mərkəzində Qərənfil Uşaq Baxçasının kollektivinin iştirakı ilə Azərbaycanın ən mühüm bayramlarından biri 9 noyabr – Bayraq Gününə həsr olunmuş “Mənim Bayrağım” adlı möhtəşəm tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbirdə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva və digər nümayəndələri iştirak edirdi. Körpə fidanların ifasında səslənən bayrağımıza həsr olunmuş şeirlər çox təsirili alındı. Rus və ingilis dilində səhnəciklər, üçrəngli geyimdə rəqs edən balaca qızımız və bir çox digər məqamlarla dolu olan Bayraq Günü tədbiri maraqlı, Azərbaycan Respublikasının rəmzinə layiq şəkildə keçirildi.