Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar gələcəyimizdir. Balacaların hüquqlarını qoruyaq!

04.11.2018

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq”

Ulu öndər Heydər Əliyev

Uşaqlar gələcəyimizdir. Balacaların hüquqlarını qoruyaq!

İsmayıllı MKS-nin Uşaq şöbəsində «Uşaqlar gələcəyimizdir. Balacaların hüquqlarını qoruyaq»! mövzusunda növbəti tədbir təşkil olundu.

Gənc nəslin ağıllı, milli-mənəvi dəyərlərə bağlı olaraq formalaşmasında uşaq kitabxanaların rolu böyükdür. Əməkdaşlarımız tədbirdə cəmiyyətdə uşaqlara qarşı tədbiq olunan qanun pozuntularına yol verilməməsi barədə qonaqlara məlumat vermiş, maraqlı kitabların oxunmasını tövsiyə etmişdir. Sərgi təşkil olunmuş, videoçarx nümayış etdirilmiş, xatırə fotoşəkilləri çəkilmişdir.