Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıl Bəy Qutqaşınlının Azərbaycan tarixində rolu.

03.11.2018

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı olan İsmayıl Bəy Qutqaşınlının Xatirə Ev- muzeyində  ” İsmayıl Bəy Qutqaşınlının Azərbaycan tarixində rolu” mövzusunda geniş tədbir həyata keçirildi.Tarixi söhbətlər,ədəbi-bədii mühazirələr,diskusiyalar, ədəbi bədii kompaziyalardan ibarət olan geniş tədbir sözün əsl mənasında hər bir iştirakçıya böyük zövq verdi,ədibin həyatını hərtərəfli şəkildə işıqlandırdı.Muzey kollektivinin 2 saylı məktəbin müəllim və şagirdləri ilə birgə işlədiyi bu layihə böyük alqışlarla qarşılandı.Bədii qiraətlərlə yanaşı məktəblilərin hazırladığı səhnəciklər tam dolğunluğu ilə ədibin həyat və yaradıcılğını mükəmməl şəkildə ifadə etdi.Onu da qeyd edim ki, İsmayıl Bəy Qutqaşınlının Həsən bəy Zərdabi ilə ilk görüşü səhnəsi hər kəsdə maraq oyatmaqla bərabər tarixi bir həqiqəti də öyrətdi.