02.11.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi Şamaxı rayon avropa liseyində Uşaq hüquqları aylığı ilə əlaqədar 2 noyabr 2018-ci il tarixində şagirdlərlə “Mənə hüquqlarımı öyrət” adlı maarifləndirici söhbət keçirdi. Tədbirdə uşaq hüquqları: anlayışı və yaranması, uşaqların vəzifələri və onların qorunması mövzusunda söhbət və müzakirələr aparıldı.Tədbirin sonunda məktəblilər “Uşaq zorakılığı - Gəlin laqeyd qalmayaq”, ”Uşaq hüquqları konvensiyasi” və s başlıqlı kitablarla da tanış oldular.