05.11.2018
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin işçiləri İsmayıllı rayonuna səfər etmişdirlər.Qonaqlar İsmayıllı Rayon Tarix Dİyarşünaslıq Muzeyində olmuş, oradakı eksponatlarla tanış olmuşdular. Daha sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində İvanovka Folklor kollektivinin və Mədəniyyət Mərkəzinin Niyal ansamblının bir-birindən maraqlı musiqi nömrələri nümayiş etdirilmişdir.