Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar hüquq və vəzifələrini bilməlidir.

02.11.2018

“Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq noyabrın 2-də Ağsu Heydər Əliyev Mərkəzində şəhər 1 saylı məktəb-liseyin 4-cü sinif şagird və müəllimlərinin iştirakı ilə növbəti tədbir baş tutdu. Məktəblilər ilk öncə Mərkəzdə yeni açılmış “Bilik evi” ilə tanış oldular.Ağsu Bilik evinin könüllüsü Aytac Əlvanlı məktəblilərə uşaq hüquqlarının müdafiəsi barədə məlumat verdi. Bildirildi ki, “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlər uşaqların hüquqlarının səmərəli təmininə, təbliğinə və uşaqların fəallığına xidmət edir. Mövzu ilə əlaqədar fikirlərini bildirmələri üçün məktəblilərə də söz verildi. Daha sonra “Uşaqlara qayğı göstərək” adlı video-çarx nümayiş olundu. Sonda məktəblilər üçün musiqili- əyləncəli şou- proqram təşkil olundu. Uşaqlar Mərkəzdən böyük sevinc və fərəh hissi ilə ayrıldılar