02.11.2018
Şamaxı rayon Heydər Əliyev Mərkəzində Uşaq Hüquqları aylığı çərçivəsində “ Erkən nigahların qarşısının alınması barədə maarifləndirmə” mövzusunda tədbir keçirildi. Tədbirdə mərkəzin əməkdaşları, rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinin Baş həkimi, rayon Polis Şöbəsinin Azyaşlılar qrupunun zabitləri, şəhər 10 saylı məktəbin müəlliməsi,Şamaxı rayon Bələdiyyəsin əməkdaşı, şəhər 2 saylı məktəbin şagird və müəllim kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Eyvazova Könül açdı. Daha sonra həkim-ginikoloq Nəzakət Abdulrazaqova, polis Kapitanı Şaiq Qulamov, müəllimə Könül Sadıqova çıxış edərək cəmiyətimizdə erkən nigah problemi onların törətdiyi fəsadlar və ziyanlar barədə geniş məruzə etdilər.