31.10.2018
İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində formalaşmış ənənəyə uyğun olaraq növbəti tədbir keçirildi.
Müxtəlif kəndlərdən şagirdlər kitabxanaya ekskursiya edib “Nağıl otağı”nda xalq nağıllarımızı səhnələşdirib, fondda olan kitablarla maraqlanıb, cizgi filmi seyr etdilər.
Kitabxananın əməkdaşları oxucuların xaişlərini nəzərə alıb kitabxananın divarlarında olan daşlaşmış nağıllar barədə məlumatlar verdilər. Hər bir oxucu üçün bu nağıllar-hekayələr düşündürücü olur. Görəsən “Ağacın budağını” bəzəyən bu meyvələr nə haqqındadır? Hansı nağıllardır? Onların mənası nədir?
Kitabxanın əməkdaşı oxucuları düşündürən sualları ətraflı cavablandırdı. Oxucular sonra kitabxanın digər şöbələri ilə tanış oldular,kitabxanaya üzv yazıldılar.