Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların hüquq və vəzifələri

30.10.2018

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hər il ənənəvi olaraq BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 Oktyabr-20 Noyabr tarixlərində Uşaq hüquqları çərçivəsində aylıq keçirir.Bu-

nunla əlaqədar 30 Oktyabr 2018-ci il tarixdə Mərkəzi kitabxananın uşaq şöbəsində “Sizin hüquq və vəzifələriniz” adlı tədbir keçirilmişdir.Tədbirdə 3 saylı şəhər orta məktəbinin şagirdləri fəal iştirak etmişlər.Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva Uşaq Hüquqları Konvensiyası,oxu zalının müdiri Mənsurə Qaçayeva ümummilli lider Heydər Əliyev tərəfindən 19 May 1998-ci il tarixdə imzalanmış ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu barəsində uşaqlara məlumat vermişlər.Maarifləndirmə və canlı dialoq şəklində keçən təbirdə Məmmədov Əli,Abbasova Fidan,Tagizadə Gültac,Əfəndiyev

Qoşqar və Əsədova Gülnarə mövzu ilə əlaqədar öz fikirlərini bildirmişlər.Tədbirlərdə uşaqlara onların Qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq,ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edilmişdir.

Sonda uşaqlar bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış olmuşlar.