26.10.2018
İsmayıllı MKS-nın Uşaq şöbəsində kitabxanaya daxil olmuş kitabların biblioqrafiq icmalı təşkil edildi.
“Bizə kitab gəlib” devizi altında təşkil olunan tədbir oxucular tərəfindən maraqla qarşılandı.
Bu səpkili tədbirlərin keçirilməsində məqsəd rayonumuzun gələcəyi olan uşaq və gəncləri kitabxanalara cəlb etmək, fəal vətənpərvər insanlar yetişdirməkdir.
Müxtəlif yaşlı oxucular üçün mövcud olan kitablardan ibarət sərgiyə baxış keçirildi. Həm əzərbaycan, həm ingilis dilində olan kitabların bibloqrafik icmalı təşkil edildi. Bir neçə kiçik həcmli hekayalərin bədii qiraəti keçirildi