26.10.2018
Gənclər və İdman Nazirliyi və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşgilatçılığı ilə İsmayıılı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin zalında Azərbaycan gənclərinin VIII forumu çərçivəsində keçirilən İsmayıllı zona toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev , İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov və əlavə olaraq Azərbaycan Gənclər Fondundan, Azərbaycan Respublikası Təhsil, İqtisadiyyat,Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən ekspert qismində qonaqlar iştirak etmişdir. Zalda açıq mikrofonlar yerləşdirilərək ekspertlərə gənclər tərəfindən suallar unvanlandırılmışdır və bu sorğu nəticəsində gənclər özlərinə maraqlandıran suallara cavab tapmışdırlar. Sonda isə ümumi xatirə fotosu ilə toplantı başa çatmışdır.