25.10.2018
Cəmiyyətimizdə baş verən yeniləşmə uşaqlarda öyrənməyə, daima axtarışda olmağa həvəs yaradır. Biz kitabxanaçılar bütün bunları nəzərə alaraq təlim tərbiyəyə yeni baxışla, yaradıcılıq və işgüzarlıqla yanaşmalıyıq. Dünyada cərəyyan edən prossesləri, uşaq və yeniyetmələrin milli ruhda böyümələrini nəzərə alaraq İsmayıllı MKS-nin Uşaq şöbəsi növbəti tədbirini xalq nağıllarımıza həsr etdi.Kitabxananın qonaqları rayonumuzda fəaliyyət göstərən bir neçə məktəbin şagirdləri oldu. Böyüməkdə olan nəslin pis vərdişlərdən uzaq olmalarında böyük rol oynayan kitabxana əməkdaşları müxtəlif yaşlı oxucuları fondda olan ədəbiyyatla tanış etdilər. İçtimai sərvətimiz olan uşaqları Azərbaycan xalq nağıllarındakı müsbət personajlarla bənzədib müxtəlif səhnəciklər quraşdırdılar.