Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Uşaq Kitab Karvanı ” layihəsi davam edir

23.10.2018

Qəbələ rayon Mədəniyyət Mərkəzində

“Uşaq Kitab Karvanı” layihəsi üzrə

tədbir

Azərbaycan Respublikası mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaz kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində 23 oktyabr 2018-ci il tarixində Qəbələ rayonunda tədbir keçirilmişdir.

2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi üzrə rayonlara səfərlərin təşkilində başlıca məqsəd bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcə ödənilməsidir.Bu günə qədər layihə çərçivəsində bölgələrdə keçirilən səyyar kitab sərgisi azyaşlı və yeniyetmələr tərəfindən geniş marağa səbəb olmuş, ümumilikdə 26 rayon uşaq kitabxanalarına 21670 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilmişdir.

Qəbələ rayon Mədəniyyət Mərkəzində F.Köçərli adına Respublika Uşaz kitabxanası və Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə keçirilmiş tədbirində rayon məktəblərinin şagirdləri, fəal oxucuları iştirak etmişdir.

Uşaq və yeniyetmələrlə görüşə gələnlər arasında Azərbaycanın tanınmış, sevimli uşaq yazarlarından Zahid Xəlil, Ələmdar Quluzadə, Solmaz Amanova, Reyhan Yusif qızı, Sevinc Nuriyeva olmuşlar. Tədbirdə iştirak edən uşaqlar şerlər söyləmiş müxtəlif ədəbi sualları cavablandırmişlar.

Qonaqlar tərəfindən fəal oxuculara kitablar hədiyyə edilmişdir.