22.10.2018
İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində "Uşaq Kitab Karvanı ”layihəsi çərçivəsində kitab təqdimatı və konsert təşkil olunmuşdu.
2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi üzrə rayonlara səfərlərin təşkilində başlıca məqsəd, bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkun dərəcə ödənilməsidir. Bu günə qədər layihə çərçivəsində bölgələrdə keçirilən səyyar kitab sərgisi azyaşlı və yeniyetmələr tərəfindən geniş marağa səbəb olmuş,ümumilikdə 26 rayon uşaq kitabxanalarına 21670 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilmişdir.