23.10.2018
11 oktyabrda keçirilən Dünya Qarapapaq türklərinin Uluslar arası Qars Aşıq şənliyində iştirak üçün İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı ,Prezident tərəfindən tərəqqi medalına layiq görülmüş xanəndə Sahibə Abdullayeva, Mədəniyyət Mərkəzinin müşayətçisi Amil Talıbov və Aşıq Elman Türkiyəyə dəvət almışdır. İsmayıllı sənətkarlarının çıxışları Türkiyə Qarapapaq türklərinin başqanı Ərkan Koçali , İran aşıqları və qonaqlar tərəfindən xüsusi diqqətlə qarşılanmışdır. Qars şəhərinin Kültür mərkəzində keçirilən Aşıq Festivalında Azərbaycan mahnıları oxunmuş, Sahibə xanım və Aşıq Elmanın çıxışları böyük rəğbətlə qarşılanmışdır. Sonda isə diplom və hədiyyələrlə təltif olunmuşdurlar.