17.10.2018
Qəbələ rayon Çuxur Qəbələ kənd Diyarşünaslıq evində “Müstəqiliyə yol” adlı tədbir keçirilmişdir.Tədbirdə kənd diyarşünaslıq evinin işçiləri,kənd kitabxana işçiləri, kitabxana oxuçuları və özfəaliyyət dərnəyinin üzvləri iştirak etmişdirlər.Tədbirdə Diyarşünaslıq evinin rəhbəri Nəzirov Əli yoldaş Ötən keçən tarixlərdə 1918-ci ilərdən bəri min bir əziyyətlə dəfələrlə dönəm-dönəm meydana gətirilən müstəqillikdən,onun meydana gəlməsi uğrunda canlarından keçənlər haqda,onun meydana gəlib bu illər ərzində qoruyub saxlamağımızın səbəbkarları haqda geniş məruzə etdi.Sonra bu fikirlərə qatılan kitabxananın müdiri Kərimova Mələk xanım da 1987 ci ilin tarixindən üzü bəri keçirdiyimiz hər bir ağır günləri,ağır tarixləri,keçmə-keçli qanlı qadalı günləri xatırlayaraq qeyd etdi ki müstəqillik heç də asan başa gəlmədi .1991-ci il oktyabrın 18-də xülasə xalqımız vətənimiz müstəqilliyə qovuşdu. Sonda balaca tədbir iştirakçıları öz vətənpərvər şeirləri ilə tədbiri yekunlaşdırdılar.