17.10.2018
Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbində “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir xor kollektivinin ifasında “Azərbaycan Respublikasının Dövlət Himninin” oxunması ilə başladı. Sonra məktəbin direktoru G.Cəbrayılov 1991-ci il oktyabrın 18-nədək olan dövr barədə geniş məlumat verərək Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması yolundakı çətinliklərdən və sonrakı illərdə qazanılmış nailiyyətlər barədə geniş məlumat verdi.Tədbir müəllim və şagirdlərin hazırladığı geniş konsert proqramı ilə yekunlaşdı.