18.10.2018
Ağsu rayon Mədəniyyət Mərkəzinin filialı olan Qaraqoyunlu kənd Diyarşünaslıq evi və kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 27-ci il dönümü münasibətilə tədbir təşkil olunmuşdur. Tədbirdə Hacı Mustafa Hüseynov adına Qaraqoyunlu kənd tam orta məktəbinin müəllim kollektivi Dövlət Müstəqilliyi haqqında çıxışlar etmiş və daha sonra tədbir məktəb uşaqlarının Azərbaycana aid səslən- dirdikləri şeirlər ilə başa çatmışdır.