17.10.2018
Qəbələ rayon Heydər Əliyev Mərkəzində Tarix-Diyarşünasliq muzeyinin əməkdaşları ilə birlikdə “Müstəqilliyimizin 27-ci ili” adli tədbir kecirildi. Ekspozisiya zalinda təşkil olunan tədbirdə mərkəzin bələdçisi Kərimova Mahirə və Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Seyidova İlhame “Müstəqilliyimizin 27-ci ili” bağlı çıxış elədi.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillikəldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxiliçəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.