16.10.2018
Qobustan rayon MKS – nin Uşaq şöbəsinin əməkdaşları "16 Oktyabr - Mütaliə günü "münasibəti ilə tədbir keçirdilər. Tədbirdə A.O.Çernyayevski adına 1 saylı Tam Orta məktəbin şagirdləri iştirak etdilər. Kitabxanaçılar məktəblilərə bu günün əhəmiyyəti barədə geniş məlumat verdikdən sonra onlarda dinləmə və mütaliə vərdişlərinin tərbiyə edilməsi məqsədi ilə söhbət apardılar. Daha sonra şagirdlər üçün “oxu saatı” təşkil edldi.