17.10.2018
Qəbələ Rayon –Tarix-Diyarşünaslıq Muzeyində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar olaraq dəyirmi masa təşkil olunmuşdur.Dəyirmi masa zamanı həmin tarixi illər haqqında geniş mövzuda söhbətlər aparıldı.Muzeyin əməkdaşı Tahirə Şəfiyeva “18 oktyabr 1991-ci il “ mövzusunda mühazirə söylədi.Daha sonra muzeyin elmi işçisi İlhamə Seyidova fondda muhafizə olunan həmin tarixi hadisələrdən bəhs olunan kitablar,elmi materiallar haqqında məlumat verdi.1990 –ci illəri əhatə edən respublika , o cümlədən rayon yazarlarının kitabları muzeyin fondunda saxlanılmaqla gələcək nəsillərə ərmağan edilməkdədir. Bu gün 18 Oktyabr Dövlət Müstəqilliyi tarixi bayramı təntənəli şəkildə respublikamızda qeyd olunmaqdadır.