17.10.2018
Ağsu rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 27-ci il dönümü münasibətilə “Yaşa Yaşa Azərbaycan” adlı ədəbi-bədii konsert təşkil olunmuşdur. Konsertdə Samir Ələkbərovun, Əzizağa Əzizovun, Gülnarə Bəndəliyevanın, Saleh Hüseynovun Azərbaycana aid oxuduqları şən mahnılar, Rafael Kazımovun möhtəşəm balaban ifası tamaşaçılara xoş dəqiqələr bəxş etmişdir.