16.10.2018
Şamaxı rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi günü ilə bağlı “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbir sərgiyə baxışla başladı və Şamaxı şəhər 2 saylı tam orta məktəbin və Şamaxı Avropa Liseyinin şagirdlərinin ifasında kompozisiya dinlənildi.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Könül xanım Eyvazova açaraq müstəqilliyimizin əldə olunmasında və qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətlərindən bəhs edən məruzəylə çıxış etdi.