12.10.2018
Oktyabrın 12-də İsmayıllı Regional Mədəniyyət İdarəsinin regional müşavirəsi keçirilib.
Müşavirədə regional idarənin tabe müəssisələrinin rəhbərləri və digər əməkdaşları iştirak ediblər.
Müşavirəni giriş sözü ilə idarə rəisi Elnur Hüseynov açaraq cari ilin 9 ayı ərzində görülmüş işlər barədə məlumat verib və qarşıda duran vəzifələrdən danışıb.
Müşavirədə ötən dövrün nəticələri müzakirə edilib, görüləcək işlərdən bəhs olunub və müvafiq tapşırıqlar verilib.