18.09.2018
18 sentyabr 2018-ci il tarixində - Üzeyir Hacıbəylinin anadan olmasının 133 illiyi və “Milli musiqi günü”münasibəti ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində silsilə tədbirlər keçirildi. Əvvəlcə Mərkəzin foyesində rəsm və əl işlərindən ibarət sərgi nümayiş olundu, sonra Mərkəzin böyük zalında Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında video-film izlənildi. Daha sonra dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı tamaşaçılara təqdim olundu.