05.10.2018
Şamaxı rayon Təhsil şöbəsinin və Şamaxı şəhər İncəsənət Təhsili Mətkəzinin dəstəyi ilə “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü”-nə həsr olunmuş tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçilərinin,Təhsil şöbəsinin, müəssisə rəhbərlərinin, müəllimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, təhsil sistemində əldə olunan nailiyyətlərdən danışmışlar .Tədbirin bədii hissəsində İncəsənət Təhsili Mətkəzinin müəllim və şagirdləri konsert proqramını tamaşaçılara təqdim etmişlər.Tədbirin sonunda qabaqcıl təhsil işçilərinə fəxri fərman və hədiyyələr verilmişdir.