17.09.2018
Ağsu rayonunda 18 sentyabr - Milli Musiqi günü qeyd edilmişdir.
Rayonun Mərkəzi kitabxanasında baş tutan tədbirdə MKS-nin direktoru Cəbrayıl Bədəlov milli musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan bəhs etmişdir. Natiq mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən də danışmışdır.
Çıxışlardan sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilmişdir.