18.09.2018
Sentyabrın 18-də Qəbələ uşaq incəsənət məktəbində dahi bəstəkar, professional musiqimizin banisi və Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə dahi bəstəkarın əsərlərilə yanaşı Üzeyir məktəbinin davamçıları olan bir sıra görkəmli Azərbaycan bəstəkarlarının əsərləri də səslənmişdir.
Sonra məktəbin direktoru Əhməd Qəndiyev tədbir iştirakçılarına dahi Üzeyir yaradıcılığından söhbət açmış və onları Milli Musiqi günü münasibətilə təbrik etmişdir.
Qonaqlar da öz növbəsində ürək sözlərini demiş, Üzeyir yolunun davamçılarına uğurlar arzulamışlar.