15.09.2018
15 Sentyabr -“Bilik Günü” ilə əlaqədar rayonun bütün təhsil müəssisələrində tədbirlər keçirilmişdir. Şəhər 3 saylı, Ərəbuşağı, Qaravəlli, İlxıçı, Bico, Çaparlı və Gəgəli kənd məktəblərində keçirilən tədbirlərdəİsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon MKS-nin kitabxana filialları fəal iştirak etmişlər. Həmin müəssisələrin kitabxana işçiləri uşaqlara bilik və məktəb haqqında şeirlər öyrətmiş, ”Bilik Günü” haqqında məlumat vermişlər.