15.09.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq şöbəsi “məktəblilər və kitabxana dostluğu” adlı aksiyasını davam etdirir. Aksiyanın əsas məqsədi yeniyetmə və gəncləri kitabxanalara cəlb etməkdir.
Əməkdaşlarımız kitabxanamıza gələn qonaq və şagirdlərə doğma yurdumuz - İsmayıllının şair və yazıçılarının əsərlərini təbliğ etmişdir. Oxuculara əsərlər barədə geniş məlumatlar verilmiş, yeniyetmələri maraqlandıran suallar cavablandırılmışdır,
Dahilərdən biri demişdir: “Mənim vətənim kitabxana olan yerdir”. Vətənimizi və kitabxanaları sevək!