13.09.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində ” Azərbaycan Xalq Cumhuriyyəti 100” silsiləsindən “ 1918-ci il 15 –sentyabr Bakının bolşevik hərbi birləşmələri, daşnak erməni quldurlarından azad edilməsi” mövzusunda dəyirmi masa təşkil edilmişdir. 1918-ci il 15 sentyabr günü Azərbarbaycan tarixində möhtəşəm yer aldı, qızıl səhifələrə çevrildi, artıq 100 ili tamamladı. Doğma Bakımız düşmən, yadelli tapdağından azad olundu. Həmin illərdə Azərbaycan ordusu yeni yaranmış olduğu üçün Qəhrəman Türk ordusu qardaşlıq borcunu yerinə yetirərək Nuru Paşanın başçılığı ilə Azərbaycana,-Bakıya gəldi. Bir tərəfdən erməni qətliamı, digər tərəfdən isə bolşevik həmlələri qarşısında Azərbaycan Ordusu say tərkibi az idi cəmi 600 nəfər. Bütün bunlarla yanaşı qəhrəman Azərbaycan xalqı əzm fədakarlıqla vətənin müdafiəsinə qalxdılar.
Dəyirmi masa zamanı muzeyin elmi işçisi Nəsibə Məmmədova həmin tarixi
hadisə ilə əlaqədar olaraq geniş mövzuda mühazirə söylədi. Muzeyin fondunda qorunub saxlanılan “Qafqaz İslam Ordusu 1918-ci il” kitabından tarixi faktlar dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıldı.