Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq Şəmşir Dəli dağdan keçəndə

07.09.2018

İsmayillı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi Kitabxanasında  Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan  “ Aşıq Şəmşir Dəli dağdan keçəndə”  adlı dəyirmi masa keçirildi . Tədbirdə  çıxış edənlər  Dədə Şəmşirin həyat və yaradıcılığından söz açdılar. Vurğulandı ki, Aşıq Şəmşirin qeyri -adi  səsi və calğısı , saz –söz sərrafı olması tək Kəlbəcər ellərində deyil , bütün Azərbaycanda yüksək dəyərləndirilir, ustad sənətkarın orjinal ifaçılığı və sairliyi heç  kəslə müqayisə edilmirdi.

     Mərkəzi kitabxana və kitabxana filiallarında “ Aşıq Şəmşir- 125 “ başlıqlı sərgilər təşkil olunmuşdur.