Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səyyar kitabxana xidməti təşkil edilib

03.09.2018

     Mütaliənin inkişafı bizim kütləvi kitabxanalarımızın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Mütaliə müasirlərimizin öz asudə vaxtlarını dolğunlaşdırdıqları məsuliyyətlər siyahısında heç də birinci yer tutmur, onu televiziya və digər informasiya vasitələri əvəz edir. Halbuki mütaliə edən insanlar informasiyanı daha tez təşkil edir, düzgün qərarlar tapır və qəbul edir, daha böyük yaddaş həcminə və aktiv yaradıcılıq təxəyyülünə malik olur, öz fikrini daha aydın formalaşdırır və ifadə edir.

    Uşaqlarımızın mütaliə vərdişlərini aşılamaq məqsədilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq Kitabxanasının əməkdaşları rayonumuzda fəaliyyət göstərən istirahət mərkəzlərində səyyar kitabxana xidməti təşkil edir. Qonaqlara və balaca fidanlara kitablar təqdim edilir, sual-cavab təşkil olunur.