31.08.2018
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 10 Avqust 2018-ci il tarixli 695/06 saylı məktubuna müvafiq olaraq İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət gösdərən Ağsu rayon Mərkəzi kitabxanası xidməti ərazidə yaşayan əlillərə kitabxana xidməti göstərir.
Mərkəzi kitabxananın işçiləri əvvəlcədən əlil insanların marağını öyrənir,
sonra isə həmin kitabları evlərində onlara verirlər. Beləliklə də sağlamlıq imkanları məhdud olan insanların kitaba olan təlabatını ödəyir, onların bədii zövqlərinin inkişafına kömək edirlər.